Azərbaycanda keçmiş nazir vəfat edib.
Lent.az xəbər verir ki, 1991-1992-ci illərdə taxıl məhsulları naziri olmuş Zakir Abdullayev 84 yaşında dünyasını dəyişib.
O, 1991-ci ildə Ayaz Mütəllibovun sərəncamı ilə nazir təyin olunub. 1992-ci ilin noyabrında isə Əbülfəz Elçibəyin sərəncamı ilə vəzifədən azad edilib.