AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov koronavirusa yoluxub.
Lent.az bildirir ki, bu barədə APA-ya Tarix İnstitutundan məlumat verilib.
Qeyd olunub ki, K. Şükurov hazırda Mərkəzi Gömrük Hospitalındadır. Onun vəziyyətinin ağır olduğu, süni tənəffüs aparatına qoşulduğu bildirilib.