Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.
İndiyədək ümumilikdə 812 248 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 798 867 nəfər müalicə olunaraq sağalıb, 9 805 nəfər vəfat edib, aktiv xəstə sayı 3 576 nəfərdir.
Ölkədə son sutka ərzində 1 841 , hazırkı dövrədək isə 7 147 186 test aparılıb.