Azərbaycanda COVID-19 testlərinin qiymətləri niyə bu qədər fərqlidir? – RƏSMİ CAVAB
23 aprel 2021 15:38 (UTC +04:00)

Azərbaycanda COVID-19 testlərinin qiymətləri niyə bu qədər fərqlidir? – RƏSMİ CAVAB

Koronavirusa yoluxub-yoluxmadığını tez öyrənmək istəyən vətəndaşların vəziyyəti o qədər asan deyil. Bundan başqa xarici ölkələrə getmək istəyən şəxsdən COVID-19 PCR testi tələb olunur. Paytaxtda fəaliyyət göstərən özəl klinikalar və bir neçə şəhər poliknikasında keçirilən testlərin qiyməti və cavabın əldə olunma müddəti müxtəlifdir. 

Lent.az Azərbaycan Hava Yollarının uçuş zamanı tələb etdiyi PCR testini həyata keçirən bir neçə özəl klinika və şəhər poliknikasından testin qiymətini, cavabın əldə olunma vaxtını araşdırıb. Bundan əlavə, qeyd olunan klinikalarada, COVID-19 M və COVID-19 G  testlərinin cavablarının əldə etmə müddəti və qiymətini təqdim edir:

Referans Klinik Laboratoriya Mərkəzi 

Klinikada uçuş üçün götürülən PCR testinin cavabını 3-4 saata əldə etmək mümkündür. Bu zaman 75 manat ödənilməlidir. 
Əgər, testin cavabı təcili şəkildə lazımdırsa, o zaman 95 manat ödəyib, cavabı 1-2 saata  ekspres xidmət vaistəsilə əldə edə bilərsiniz. 

COVID-19 M testinin  qiyməti 25 manatdır. Cavablar 5-6 saata məlum olur. 

Koronavirusa yoluxandan sonra yaranan antigen-antitel immun komplekslərinin yoxlanılması (COVID-19 G) üçün 48 manat tələb olunur. 

“Leyla Medical Center” Klinkası

Klinikada uçuş üçün götürülən PCR testinin cavabı 6-12 saata məlum olur, qiyməti isə 75 manatdır. Ekspres xidmət üçün 95 manat ödənilməlidir. Bu zaman testin cavabı 3-4 saata bilinir. 
COVID-19 M testi üçün 25 manat tələb olunur. Test səhər saat 11-də verildikdə, cavabı saat 7-də əldə etmək mümkündür. 
COVID-19 G testi üçün 48 manat ödənilməlidir. 

1 nömrəli Şəhər poliknikası

1 nömrəli Şəhər poliknikasından verilən məlumata görə uçuş üçün PCR testinin cavabı bir gün ərzində açıqlanır və qiyməti 40 manatdır. 

COVID-19 M və G testi yalnız özəl klinikalarda götürülür.

“Sağlam Ailə” Ultralab Mərkəzi

"Sağlam Ailə” Ultralab Mərkəzində PCR testi 95 manatdır. COVID-19 M və G testləri 30 manata həyat keçirilir.  “Sağlam Ailə” Ultralab Mərkəzində götürülən testlərin cavabı 24 saat ərzində əldə edilir. 

TƏBİB –in nəzdində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanası

Mərkəzi Neftçilər Xəstəxanasında uçuş üçün götürülən PCR testinin qiyməti 70 manatdır. Test səhər götürüldükdə, axşam cavabı əldə etmək mümkündür.

COVID-19 M və COVID-19 G testlərinin qiyməti 35 manatdır. Cavablar bir gün ərzində təhvil verilir.

Bu qiymətlərin hansı standartlara görə təyin edildiyi də bəlli deyil. Müxtəlif qiymətlərin ortaya çıxmasının səbəbini  araşdırmağa cəhd etdik və bir neçə dövlət qurumuna sorğu göndərdik. 

Səhiyyə Nazirliyi  poliknikalarda yalnız uçuş üçün testlərin götürüldüyünü və standart qiymət təyin edildiyini bildirdi.

TƏBİB rəsmiləri  yalnız bölgələrdə COVID-19 testi götürdüyünü bildirdi. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 59976
avatar

Nigar Adil

Oxşar yazılar