Azərbaycanda 90 min insanın pensiyası LƏĞV EDİLDİ
09 aprel 2021 14:50 (UTC +04:00)

Azərbaycanda 90 min insanın pensiyası LƏĞV EDİLDİ

“Əlillik müddətinin uzadılması ilə bağlı kifayət qədər saxtakarlıqlar aşkarlanıb və  ləğv edilib”.

Lent.az xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.

O qeyd edib ki, ötən illər ərzində bu istiqamətdə kifayət qədər işlər görülüb: "Araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminatı proqramının, sosial sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi, əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın təminatı istiqamətində aparılan işləri qeyd edib. Nazir həmçinin habelə reabilitasiya infrastrukturunun müasirləşdirilməsi, yeni DOST mərkəzlərinin fəaliyyəti, bu mərkəzlərin şəbəkəsinin genşləndirilməsi işləri barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16368
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar