Azərbaycanda 800 mindən çox şəxsin təqaüdü artıb
13 yanvar 2023 11:35 (UTC +04:00)

Azərbaycanda 800 mindən çox şəxsin təqaüdü artıb

Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamlarına əsasən ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir.

Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, həmçinin tələbə və doktorantların təqaüdləri də artırılıb.

"Bu artım 150 min tələbə və doktorantı əhatə edib. Ümumilikdə, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub".

# 1815
avatar

Oxşar yazılar