"İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada peyvənd olunub".
Bu barədə Lent.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, bu günədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu peyvənd olunmayıb:
"Onlardan immuniteti olanlar 16.500, bu və ya digər səbəbdən peyvənd olunmayanlar isə 42 min nəfərdən çoxdur.
Peyvənd olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır".
C.Valehov əlavə edib ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında peyvəndləmənin faizinin daha da yüksələcəyinə inanır.