Azərbaycanda 2098 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb
28 oktyabr 2022 13:13 (UTC +04:00)

Azərbaycanda 2098 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb

"APA Media Group"da "İnsan alveri ilə mübarizə üzrə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində tərəfdaşlığın gücləndirilməsi" mövzusunda dəyirmi masa keçirilib.

Lent.az xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyin sədri Mehriban Əliyeva açılış nitqi ilə çıxış edərək bildirib ki, dünyada baş verən proseslər bizim ölkəyə də öz təsirini göstərir.

Onun sözlərinə görə, müəyyən ölkələrdə insan alveri artmaqdadır: “Əldə edilən məlumatalara görə, Ukraynada insan alveri aktivləşib. İnsan alverinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi ilə bağlı addımlar atılmalıdır”. 

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Araz Babayev insan alverinə qarşı mübarizənin müxtəlif istiqamətlərinin olduğunu bildirib:

“Ötən 17 ildə həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2098 insan alveri və məcburi əmək cinayəti qeydə alınıb. 617 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. 1281 insan alveri qurbanı müəyyən edilərək cəmiyyətə inteqrasiyası təmin edilib. Qurbanların qanunvericilik aktlarda təsdiq edilmiş kompensayasiya almaq, bərpa və fikirləşmək müddətti əldə etmək, yaşayış icazəsi ilə təmin olunmaq, istismar dövründə törətdiyi hüquqazidd əmələ görə, cəzalandırılmamaq kimi hüquqları uğurla realizə edilməkdədir”. 

Dövlət Miqrasiya Xidmətin Miqrasiya nəzarəti baş idarəsi, Miqrasiya rejiminə nəzarət şöbəsinin rəisi Rüfət İbrahimov bildirib ki, insan alverinə qarşı həssas qruplarda xüsusən əcnəbilər daha çoxdur: 

“2020-ci ildə əcnəbilər ölkə ərazisindən istifadə etməklə üçüncü ölkəyə daşınmasını təşkil etməkdə şübhəli bilinən 1 nəfər barədə aidiyyəti hüquq mühafizə orqanlarəna məlumat berilmişdir. 2022-ci ildə digər qurumlarla birgə 37 nəfər AR ərazisindən istifadə etməklə üçüncü ölkələrə getmək ostəyən əcnəbi müəyyən edilmişdir”.

Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiyası şöbəsinin baş məsləhətçisi Aytən Əlizamanova respublika ərazisində turizmin inkişafı və genişlənməsi ilə əlaqədar müəyyən şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması ilə bağlı görülən tədbirləri diqqətə çatdırıb.

O bildirib ki, ötən il DİN-lə əməkdaşlıq çərçivəsində bir sıra silsilə tədbirlər keçirilib. Bu tədbirlər daha çox turizm sahəsinə aid olan subyektlərdən hotel əməkdaşları ilə olub, bir sıra təlimlər keçirilib. Təlimlərdə hotel əməkdaşlarının daha çox "reseption" xidməti əməkdaşlarının vəzifədə olduqları zaman qarşılaşdığı problemlər müzakirə edilib, müəyyən istiqamətlər verilib. Çünki "reseptionlar” potensial insan alveri qurbanları ilə birbaşa ünsiyyətdə olurlar". 

Daha sonra isə mövzu ətrafında müzakirəsi başlayıb, suallar cavablandırılıb və təkliflər irəli sürülüb.

# 2022
avatar

Arzu Qurbanlı

Oxşar yazılar