Azərbaycanda 17 minə yaxın  saxta əlillik   aşkarlanıb
16 sentyabr 2021 11:35 (UTC +04:00)

Azərbaycanda 17 minə yaxın saxta əlillik aşkarlanıb

"3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və dayandırılıb".

Lent.az-ın APA-ya istinadla məlumata görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, bu proses davam edir və davam edəcək: "Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".

# 1530
avatar

Oxşar yazılar