Azərbaycana “Sputnik V" peyvəndinin növbəti partiyası gətirildi
10 iyun 2021 13:08 (UTC +04:00)

Azərbaycana “Sputnik V" peyvəndinin növbəti partiyası gətirildi

Azərbaycana daha 40 min doza “Sputnik V" peyvəndi gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. Məlumata əsasən, Azərbaycanda “Sputnik V” peyvəndinin istifadəsinə mayın 18-dən başlanılıb. İndiyədək ümumilikdə 80 min doza “Sputnik V” peyvəndi ölkəyə gətirilib.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiyanın “HUMAN VACCINE” MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat sazişinə əsasən, 300 000 doza “Sputnik V” dərman vasitəsi Azərbaycana gətiriləcək. İlk partiya 40 min doza peyvənd isə mayın 2-də Azərbaycana gətirilmişdi.

# 1287
avatar

Oxşar yazılar