Azərbaycana gətirilən toyuqlarla bağlı  YENİ QƏRAR
30 dekabr 2021 14:55 (UTC +04:00)

Azərbaycana gətirilən toyuqlarla bağlı YENİ QƏRAR

Azərbaycana idxal edilən ev toyuqları (hissələrə ayrılmamış, təzə və ya soyudulmuş) üçün tətbiq edilən idxal gömrük rüsumunun müddəti uzadılıb.

Lent.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

İdxal olunan ev toyuqlarının 1 kiloqramına 1 dollar rüsumun tətbiq müddəti 2021-ci il dekabrın 31-dən 2023-cü il dekabrın 31-nə qədər uzadılıb.

Bu müddətdən sonra ev toyuqlarının 1 kiloqramına 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2271
avatar

Oxşar yazılar