Azərbaycan vətəndaşlarının bu ölkəyə girişinə icazə verildi
05 iyul 2021 16:13 (UTC +04:00)

Azərbaycan vətəndaşlarının bu ölkəyə girişinə icazə verildi

Almaniya Azərbaycan vətəndaşlarının ölkəyə girişinə icazə verib.

Lent.az bildirir ki, APA-nın "schengenvisainfo"ya istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 4-dən etibarən Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Bruney, İordaniya, Kanada, Qətər, Kosovo, Moldova və Monteneqro vətəndaşları turizm məqsədilə Almaniyaya səfər edə bilərlər.

Əlavə edək ki, iyunun 25-dən etibarən Almaniya üçüncü ölkələrdən gələn və Avropa Tibb Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş COVID-19 peyvəndlərini ("Pfizer", "Moderna", "AstraZeneca" və “Johnson&Johnson") vurdurmuş turistlərinin ölkəyə girişi barədə qərar çıxarıb.

İyulun 1-də Avropa İttifaqı (Aİ) Azərbaycan da daxil olmaqla, 11 ölkəni qurumun təsdiqlənmiş səyahət siyahısına əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3399
avatar

Oxşar yazılar