Azərbaycan MDB-də peyvəndləmə səviyyəsinə görə liderdir
31 mart 2021 10:53 (UTC +04:00)

Azərbaycan MDB-də peyvəndləmə səviyyəsinə görə liderdir

Dünyanın bir çox ölkələri fəal şəkildə əhalini koronavirus infeksiyasına qarşı peyvəndləmə başlayıb və Azərbaycan da COVID-19 əleyhinə peyvəndləməni tam sürətlə davam etdiyi ölkələr arasındadır.

Lent.az xəbər verir ki, MDB ölkələrində koronavirusa qarşı peyvəndləmənin səviyyəsi barədə məlumatları təhlil etdikdən sonra regionda peyvənd vurulmasına ilk başlayan ölkələrdən biri olan Azərbaycanın həm peyvənd alışı həcminə, həm də ondan istifadə sürətinə görə əksər ölkələri qabaqladığını görmək olar.

Milli peyvəndləmə strategiyasına uyğun olaraq, sifariş edilmiş 4 milyon doza “CoronaVac” peyvəndi vasitəsi ilə risk qruplarına aid şəxslərin peyvəndlənməsinə başlanıb. Martın 26-na olan duruma görə, ümumilikdə 746 608 doza peyvənd vurulub, 226 min nəfər tam peyvəndlənib.

Lakin koronavirus dünyaya yeni mutasiyalar təqdim edir və bir sıra ölkələrdə yeni yoluxma dalğasının yaranmasına səbəb olur ki, bu da ölüm dərəcələrinin artması ilə müşayiət olunur və nəticədə sərt karantin tədbirlərinin tətbiqinə zəmin yaradır. Bu vəziyyətdə peyvəndləmə əhəmiyyətli rol oynaya bilər. Peyvəndləmənin sürəti artırılarsa, ölüm və xəstəxanaya yerləşdirmə səviyyələrini, xüsusilə də risk qrupuna adi olan insanlar arasında azaltmaq mümkün olacaq.

Hər 100 nəfərə düşən peyvənd olunmuş adam sayına görə də Azərbaycan liderlər sırasındadır, yalnız Rusiyadan geri qalırıq. Rəqəmlər bir daha Azərbaycanın əhalinin peyvəndlənmə prosesinə kifayət qədər ciddi yanaşdığını sübut edir. Statistika göstərir ki, Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir. Açıq mənbələrdən alınan məlumatlarda martın 26-na olan duruma görə, Azərbaycanda 518 867 nəfərin ilk doza ilə peyvəndləndiyi aydınlaşır. Bu da əhalinin 5,2 faizini təşkil edir. Rusiyada isə peyvəndlənənlərin sayı 6,3 milyon nəfərdir ki, bu da əhalinin 4,3 faizini təşkil edir. Bu göstərici Belarusda 2 faiz təşkil edirsə, Moldova, Qazaxıstan və Ukraynada heç 1 faiz səviyyəsinə çatmır. Qonşu Gürcüstan COVAX təşəbbüsü vasitəsilə 72 400 doza peyvənd əldə etmək imkanına malikdir, lakin cəmi 5 min nəfər peyvəndlənib. Ermənistanda isə peyvəndləmə hələ başlamayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar