Azərbaycan dilənçilik edən  2500 pakistanlını ölkədən çıxartdı
23 dekabr 2025 12:23 (UTC +04:00)

Azərbaycan dilənçilik edən 2500 pakistanlını ölkədən çıxartdı

0

Pakistan Federal Təhqiqat Agentliyi xaricdə dilənçilik edən və cinayətlər törədən pakistanlılarla bağlı açıqlama yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, açıqlamada bu kimi əməllərin son zamanlar geniş vüsət aldığı, qlobal miqyasa keçdiyi vurğulanıb. Agentliyin direktoru bunun Pakistanın nüfuzuna ciddi zərər vurduğunu deyib.

Yazıda pakistanlıların Yaxın Şərqdən Avropaya, Afrikadan Cənub-Şərqi Asiyaya qədər geniş ərazidə dilənçilik etdiyi və cinayətlər törətdiyi bildirilib. Məlumata görə, Səudiyyə Ərəbistanı bu il 24 min, Birləşmiş Ərəb Əmirliyi isə 6 min pakistanlını dilənçilik ittihamı ilə deportasiya edib.

Azərbaycanın da həmçinin 2500 pakistanlını dilənçilik etdiyi üçün deportasiya etdiyi açıqlamada yer alıb.

Federal Təhqiqat Agentliyinin məlumatına görə, pakistanlıların əksəriyyəti həmin ölkələrə turist yaxud dini ziyarət vizaları ilə daxil olublar. Məsələn, Səudiyyə Ərəbistanı Ümrə vizası ilə daxil olan bəzi pakistanlıların dilənçilik etdiyini bildirib və Pakistan hökumətindən tədbir görülməsini istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar