Azərbaycan COVID-lə mübarizəyə nə qədər pul xərcləyib? - RƏQƏMLƏR
09 mart 2022 13:52 (UTC +04:00)

Azərbaycan COVID-lə mübarizəyə nə qədər pul xərcləyib? - RƏQƏMLƏR

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu ötən il koronavirus pandemiyasına qarşı mübarizə üçün xərclənən vəsaitlə bağlıdır. 

Azərbaycanda COVID-ə qarşı mübarizədə nə qədər pul xərclənib?

Bu haqda məlumat Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyət haqqında hesabatında öz əksini tapıb.

Lent.az xəbər verir ki, 2021-ci ildə ölkədə davam edən koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üçün faktiki olaraq 800,8 mln. manat (o cümlədən, dövlət büdcəsinin vəsaitindən 520,9 mln. manat, İcbari tibbi sığorta fondunun vəsaitindən 279,9 mln. manat) istifadə olunub.

Ayrılmış vəsaitin 314,1 mln. manatı vaksinlərtin alınmasına, 165,8 mln. manatı tibb işçilərinə müddətli əlavələrin ödənilməsinə, 132,9 mln. manatı modeul tipli xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, 115,3 milyon manatı dərman, tibbi lavazimatlar, avadanlıqlar və digər malların və xidmətlərin alınmasına, 46,1 milyon manatı COVİD-19 testlərinin (reagentlərin) alınmasına, 20,8 mln. manatı özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tam təsərrüfat hesablı tibb müəssisələrinin fəaliyyətinin təmin edilməsinə, 5,0 mln. manatı karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə xərclərin ödənilməsinə və 0,8 milyon manatı Naxçıvan Muxtar Respublikasına pandemiya ilə mübarizə tədbirlərinə istifadə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4147

Oxşar yazılar