12 iyun 2021 16:14 (UTC +04:00)

AVRO-2020 azarkeşlərinin daşınmasına başlanıldı - FOTO

Futbol üzrə Avropa çempionatının (AVRO-2020) Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin (BNA) təşkil etdiyi X1, X2, P21 və P22 ekspress xətləri üzrə daşımalar başlayıb.

Bu barədə Lent.az-a BNA-dan bildirilib.

Qeyd olunub ki, sərnişinlərin daşınmaya başlanmasından əvvəl sürücülər tibbi müayinədən keçən sürücülərə həmçinin təhlükəsizlik və vəzifələrinə dair təlimatlar verilib. Təyin olunan məntəqələrdən Bakı Olimpiya Stadionu istiqamətində daşımalar oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyundan sonra isə azarkeşlər Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalından geriyə daşınacaq.

Qeyd olunub ki, ekspress xətlərin keçdiyi yollarda nəqliyyat vasitələrin fasiləsiz hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.

# 672
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar