Avqustda ilk 5 günün HAVA XƏBƏRDARLIĞI
30 iyul 2022 15:25 (UTC +04:00)

Avqustda ilk 5 günün HAVA XƏBƏRDARLIĞI

Azərbaycanın rayonlarında avqustun 1-dən 5-dək əsasən gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Lent.az xəbər verir ki, bu barədə ETSN-in Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, şərq küləyi arabir 15-18 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

# 7836
avatar

Oxşar yazılar