Ata-anası olmayan şəhidin qardaşı DANIŞDI
14 sentyabr 2022 10:46 (UTC +04:00)

Ata-anası olmayan şəhidin qardaşı DANIŞDI

“Səbuhisiz mənə çox çətin olacaq”.

Lent.az verir ki, bunu SOS uşaq kəndlərində böyüyən və ötən gün düşmən təxribatları nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib. Sənan deyir ki, onların valideynləri iki yaşları olanda vəfat edib:

"İki yaşımız olanda valideynlərimiz vəfat etdi. Həmin vaxtdan Səbuhi ilə birgə SOS kəndində yerləşən uşaq sığınacağına yerləşdik. Hərbiyə gedəndə həmişə deyirdi ki, mənimlə fəxr edəcəksən. Şəhid olan günü telefonuna zəng etdim, bir nəfər götürüb dedi ki, qardaşının qisasını aldıq. Onsuz mənə çox çətin olacaq".

Qeyd edək ki, bu gün şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun doğum günüdür.

Yaxın dostu da Səbuhi haqqında danışıb. 

“Sonuncu dəfə evə gələndə qardaşının arvadına  demişdi ki, bir-iki aya gələcəm, bir qız taparsız evlənərəm”.

 Xatırladaq ki, Səbuhi Əhmədov az əvvəl II Fəxri Xiyabanda dəfn olunub.
 

# 4125
avatar

Aytəkin Cəlali

Oxşar yazılar