“ASAN xidmət”
08 may 2021 15:40 (UTC +04:00)

“ASAN xidmət”

“ASAN xidmət” bayram günləri işləməyəcək - DİQQƏT

Ramazan bayramı ilə əlaqədar olaraq mayın 9-15-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.

Qurumdan Lent.az-a verilən məlumata görə, mayın 16-dan vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Mayın 15-də isə vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı xidməti və miqrasiya xidmətləri ilə bağlı hazır sənədlərin götürülməsi üçün saat 10:00-dan 17:00-dək Bakı, Sumqayıt və Gəncə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

# 3195
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar