2022-ci il dünya çempionatının finalında Argentina penaltilər seriyasında Fransanı 4:2 hesabı ilə məğlub edərək tarixində 3-cü dəfə dünya kubokunun qalibi olub. Nəfəs kəsən final oyunu izləmək üçün ekranların qarşısında milyonlarla insan var idi. Argentinalı azarkeşlərin atılıb-düşdüyü tarixi anlarda futbola olan sevgisi ilə tanınan dünyanın ən məşhur argentinalılarından biri illər əvvəl verdiyi anda görə final oyununu izləməyib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, sonuncu dəfə 1986-cı ildə dünya kubokunun qazanılmasına sevinən argentinalı azarkeşlər küçələri ziyafət yerinə çevirsələr də, dünyanın yaxşı tanıdığı argentinalı, 1990-cı ildə verdiyi anda görə bu il yaşanan həyəcandan məhrum olub. O, Roma Papası Fransiskdir.
Argentinalı futbol əfsanəsi Maradona 2014-cü ildə görüş zamanı argentinalı Roma Papasına arxa tərəfində 10 nömrə və “Francesco” yazılmış Argentina Milli Komandasının imzalı formasını hədiyyə edib.
2015-ci ildə Argentinanın "La Voz del Pueblo" (“Xalqın səsi”) qəzetinə müsahibə verən Papa Fransisk vəzifəyə təyinatı və şəxsi həyatı ilə bağlı bir çox sualları cavablandırıb. Papa doğma Argentinada nəşr olunan qəzetə müsahibəsində bu vəzifəyə seçilməsi, qorxuları, arzuları və gündəlik vərdişləri ilə bağlı bir çox təfərrüatları bölüşüb.
Argentinanın paytaxtı Buenos-Ayresin arxiyepiskopu olduğu dövrdə katolik dünyasının lideri seçilən Papa, bu vəzifəni heç gözləmədiyini və bütün prosesin birdən-birə inkişaf etdiyini bildirib. Fransisk deyib: “Mən Romaya enəndə hətta dönüş biletim də hazır idi. Hətta bazar günü Buenos-Ayresdə keçirəcəyim bazar günü mərasimində çıxış etməyə hazır idim”. Papanın müsahibəsində çoxlarının diqqətini çəkən detal 1990-cı ildə verdiyi and idi.
32 ildir televiziyaya baxmır
Argentinada anadan olan və 2013-cü il martın 13-də 266-cı Papa seçilən Xorxe Mario Berqoqlio Latın Amerikası və Cənub yarımkürəsindən seçilən ilk papa kimi sələflərindən seçilir. Ölkəsindəki siyasi müzakirələrlə bağlı ara-sıra açıqlamalar verən Fransis, şəxsi həyatında bəzi “prinsipləri” ilə diqqət çəkən insandır. Bu prinsiplərdən biri Papanın illərdir televiziyaya baxmamasıdır.
1990-cı ildən bəri televiziyaya baxmadığını bildirən Papa Fransisk, “Bu, 1990-cı il iyulun 15-də Məryəm anaya verdiyim söz idi. "Xüsusi bir səbəb yoxdur, mən sadəcə bunun mənə görə olmadığını düşündüm" deyib. Futbola olan düşkünliyi ilə tanınan Frensis, futbol oyunlarına da baxmadığını vurğulayıb: “Heç nəyə baxmıram. Hər həftə sonu isveçrəli mühafizəçi gəlib mənə nə bilməli olduğumu söyləyir”.
Agentina uduzandan bir həftə sonra televiziyaya baxmaqdan imtina edib
İllərdir televiziyaya baxmadığını deyən Papa Fransiskin bununla bağlı and içməsinin səbəbi də olduqca diqqəti çəkir. Milyonlarla xristianın “bələdçisi” olan din xadimi 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatı başa çatdıqdan təxminən bir həftə sonra televiziyaya bamaqdan imtina edib.
1990-cı il iyunun 8-dən iyulun 8-dək İtaliyada 24 komandanın iştirakı ilə keçirilən dünya çempionatının final oyunu Qərbi Almaniya ilə Argentina arasında keçirilib. Romadakı “Stadio Olimpico”da keçirilən qarşılaşmanı Bremenin 85-ci dəqiqədə vurduğu onbirmetrlik zərbə ilə Amaniya Argentinanı 1:0 hesabı ilə məğlub edib.
Televiziyaya baxmır, amma televizyaya çıxır
Televiziyaya baxmayacağına and içən Papa Fransisk televiziya proqramlarında iştirakdan imtina etməyib. Fevral ayında İtaliyanın ən çox baxılan proqramlarından biri olan "Che tempo che fa" (“Hava necədir?”) adlı tok-şousuna qatılan Fransisk şəxsi həyatından tutmuş beynəlxalq mövzulara qədər ona verilən bir çox sualları cavablandırıb.
Bu proqramda televiziyaya baxmadığını bir daha təkrarlayan Fransis uşaqlıqda qəssabların çox pul qazandığını düşündüyü üçün qəssab olmaq istədiyini bildirib. Papa özündən əvvəl bu vəzifəni tutanların əksinə olaraq, Papalıq Sarayında deyil, Vatikanda qonaq evində yaşamağı seçdiyini insanların arasında olmaq zərurəti ilə izah edib və dosta ehtiyacı olduğunu dilə gətirib. Fransisk deyib: “Əvvəlki papalar müqəddəs idilər, mən o qədər də müqəddəs deyiləm. İnsanlarla ünsiyyət qurmalıyam. Ona görə də Santa Marta otelində qalıram. Başqalarını görürəm, danışıram, dostlarımı görürəm. Dostluqlar məni daha da gücləndirir. Mənim az, amma həqiqi dostlarım var”, - o bildirib.