Aqrar Universitetin statusu dəyişdi
07 may 2021 19:53 (UTC +04:00)

Aqrar Universitetin statusu dəyişdi

Azərbaycan Dövlət Aqrar Universiteti publik hüquqi şəxs statusunda Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olacaq.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Azərbaycan Dövlət Aqrar Universiteti Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumlar siyahısından çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Oxşar yazılar