APA TV-nin 8 yaşı tamam olur
29 may 2021 08:01 (UTC +04:00)

APA TV-nin 8 yaşı tamam olur

Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efir həyatına başlamasından  8 il ötür.

2013-cü il mayın 29-da internet üzərindən canlı yayıma başlayan APA TV bir çox ilklərə imza atmağı bacarıb.

"APA Group”un tərkibinə daxil olan televiziyada gündəlik xəbərlər, ictimai-siyasi, iqtisadi, sosial, dini, mədəni mövzulara həsr olunmuş verilişlər təqdim olunur.

Analoq televiziya formatında fəaliyyət göstərən APA TV Azərbaycanın internet məkanında geniş auditoriyaya sahibdir.

Kanalın bölgələrdə və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.

Ad günün mübarək, APA TV!

# 1008
avatar

Oxşar yazılar