Antitel analizləri nə üçündür? - AÇIQLAMA
21 iyun 2021 13:07 (UTC +04:00)

Antitel analizləri nə üçündür? - AÇIQLAMA

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bugünki mövzu antitel analizləri ilə bağlıdır.

COVID–19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloyi testlərin keçirilməsi bu işin vacib hissəsidir. Belə ki, testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID–19 xəstəliyinə yoluxub sağalma və ya yoluxmama haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir. Bu testlər vasitəsilə son 3 ay ərzində xəstəlik keçirərək immunitet qazanmış insanların sayı müəyyənləşir. Eyni zamanda, aktiv xəstə olmayan, bu xəstəliyi keçirib-keçirmədiyini öyrənmək istəyənlər də bu testdən keçə bilirlər.

Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Tibbi Mikrobiologiya və immunologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Həyat Əliyeva Lent.az-a danışıb.  O bildirib ki, insan viruslara yoluxub sağaldıqdan sonra bədəndə qoruyucu zülallar yaranır ki, bunlar anticisimlər adlanır.

“Virus orqanizmə düşdükdən müəyyən müddət sonra ona qarşı cavab reaksiyası olaraq orqanizm anticisim sintez edir. Anticismi biz zərdabda müəyyən edə bilirik. Anticisim virusu tutub neytrallaşdırır. Antigenin tərkibindən və xüsusiyyətindən asılı olaraq anticisim yaranır. Yəni ya güclü ya da zəif olur. Normal insanın immun cavab reaksiyası ona qarşı anticisim (antitel) yaradır. Bəzi hallarda virusdan anticisim yaranmaya da bilir. Yəni az miqdarda düşəndə biz görürük ki, anticisim yaranmaya bilir. Amma insan orqanizmində qalması da indivudal olaraq, yəni insanın immun sistemindən asılı olaraq uzun müddət qalır. Məsələn, deyirik ki, 6 ay qalır. Amma 1 il də qala bilir. Yəni hər insanın orqanizmindən asılı olaraq fərqli nəticə göstərə bilir”.

Həyat Əliyeva deyir ki, viruslara qarşı anticisimlərin formalaşması üçün müəyyən vaxt tələb olunur.

“Digər tərəfdən, orqanizmin fərdi xüsusiyyətindən asılı olaraq, formalaşmış immunitetin bədəndə qalması da daimi deyil, müvəqqəti ola bilər. Ona görə də, seroloyi testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir. Bu tədqiqatlar zamanı vətəndaşlar həm də hazırda öz durumları barədə məlumat əldə etmək, özləri üçün koronavirus təhlükəsini qiymətləndirmək imkanı qazanırlar”.

Həyat Əliyeva onu da qeyd edib ki, qanda anticisimin tapılmaması xəstə olmadığın mənasına gəlmir.

“Bir neçə qrup anticisim var. Ən çox təyin edilən “İmmunoqlobulin M”dir. Bu anticisim ən kəskin dövrdə yaranır. Məsələn, “İmmunoqlobulin M” tapılıbsa, deməli həmin şəxs hazırda xəstədir. Amma tapmamışıqsa, bu o demək deyil ki, xəstəlik yoxdur. Niyə? Çünki ola bilər ki, tez itsin, amma klinik əlamətlər qalar. “ İmmunoqlobulin C” isə uzun müddətlidir. Hətta biz ona “yaddaş hüceyrə” deyirik. Bəzən bu anticisim ömrümüzün axırına qədər də qala bilir. Amma bu koronavirusa aid deyil. Koronavirusda çox qalmır. Qalması gələcəkdə ona yenidən yoluxma deməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4268

Oxşar yazılar

Sabahın tibbi-meteoroloji  PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

2 aprel 2025 , 16:39
 Sulu qar, yağış, dolu   - Sabahın  HAVASI

Sulu qar, yağış, dolu - Sabahın HAVASI

2 aprel 2025 , 13:10
Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA

2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü

2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu  olacaq

Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq

2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

2 aprel 2025 , 08:15
Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04