Anomal isti   və leysan XƏBƏRDARLIĞI
14 sentyabr 2023 19:01 (UTC +04:00)

Anomal isti və leysan XƏBƏRDARLIĞI

Bir sıra Avropa ölkələrində anomal istilər tufan və leysan yağışları ilə müşayiət olunacaq. 

Lent.az-ın xəbərinə görə, “Bloomberg” Maxar Technologies analitiklərinin proqnozuna istinadən xəbər verir ki, regionda yüksək temperatur gələn həftənin sonuna qədər davam edəcək.

İsti dalğanın sentyabrın 16-da pik həddə çatacağı gözlənilir. Bu gün Parisdə hava 29,5 dərəcəyə, Londonda isə 25,5 dərəcəyə qədər isti olacaq. Növbəti on gün ərzində Fransa və Almaniyanın böyük hissəsində orta temperatur ilin bu vaxtı normadan yuxarı qalacaq.

Eyni zamanda, Böyük Britaniyada mütəxəssislərin proqnozlarına görə, payızın əvvəli üçün hava şəraiti optimal səviyyəyə yaxın olacaq. Bununla belə, krallığı Atlantik okeanından soyuq cəbhənin gətirdiyi leysan yağışları bürüyəcək. Sentyabrın ikinci yarısında Almaniyanın cənubunda da güclü yağış gözlənilir. Yerli hakimiyyət Valensiya sakinlərini yaxınlaşan siklonla bağlı xəbərdar etdiyi İspaniyanı da leysan və tufanlar vuracaq.

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) Avropanın cənubunda yağan güclü yağışı bölgənin iqlim xüsusiyyətləri ilə əlaqələndirib. “Daha isti hava daha çox nəm saxlaya bilər. Buna görə də, yağıntılar - yağış, qar və ya dolu - mülayim iqlimlərdə daha intensiv olur və daha da böyük daşqınlara səbəb ola bilər”, -  ÜMT-nin əməkdaşı Stefan Uhlenbroek yekunlaşdırıb.

# 83610
avatar

Oxşar yazılar

Selektiv abort cinayətdirmi?

Selektiv abort cinayətdirmi?

11 dekabr 2023 , 15:21
Meteohəssas insanlara  XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQ

11 dekabr 2023 , 14:31
Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

11 dekabr 2023 , 13:38
Qızılcanın  hansı əlamətləri   var? -  CAVAB

Qızılcanın hansı əlamətləri var? - CAVAB

11 dekabr 2023 , 13:17
Moskavya son yarım əsrin  ən güclü qarı   yağacaq

Moskavya son yarım əsrin ən güclü qarı yağacaq

11 dekabr 2023 , 13:07
Qızılca ilə bağlı valideynlərə  ÇAĞIRIŞ

Qızılca ilə bağlı valideynlərə ÇAĞIRIŞ

11 dekabr 2023 , 12:46
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

11 dekabr 2023 , 12:24
Azərbaycanda  xüsusi karantin   rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

11 dekabr 2023 , 12:06