“Qızı mənə vermirlər. Bir evliliyin ki sonu düşmənçiliklə bitir, mən onu istəmirəm. Allah günahımdan keçsin, mən orada and içmişdim ki, qızı qaçırdacağam. Amma artıq qaçırmayacağımı qərara aldım. Çünki anası məni özünə düşmən bilir. Mənim düşmənim isə ancaq ermənidir. Başqa kiminləsə düşmən olmaq istəmirəm”.
Bu sözləri müharibə zaman sevdiyi qızın anasına səslənən hərbçi Ayaz Orucov deyib. Bunu deməsinə səbəb isə sevdiyi qızı ona verməmələri olub.
Vətən Müharibəsi zamanı sevdiyi qızın anasına video müraciət edən hərbçi “qızı mənə verməsən onu qaçırdacam” demişdi:
“Mən bir qız istəyirdim. Həmin qıza elçi göndərdim və onu mənə vermədilər. İndi o qızın anasına səslənirəm. 30 il Ermənistana vaxt verdik ki, torpaqları qaytarsın. Onlar da qaytarmadı, amma sonra rəşadətli ordumuz aldı torpaqları. İndi mən nə qədər ki, hərbi xidmətdəyəm fikirləş. Yoxsa, qızına Paşinyan Qarabağa binoklla baxdığı kimi baxacaqsan”.
Bu sözlərə də məhəl qoymayan qız anası yenə də inadından dönməyib və qızının A.Orucovla evlənməsinə izin verməyib.
Lent.az xəbər verir ki, həmin hərbçi başqa qızla evlənib. O, sosial şəbəkədə verdiyi açıqlamada bildirib ki, indi başqa bir xanımı qaçırdıb:
“Həmin qızla alınmadı. Allah böyükdür, bəlkə də belə məsləhətmiş. Allah o insanı da xoşbəxt etsin, bizi də. İndi mən qız qaçırtmışam. Qaçırtdığım qızın anasına da deyirəm ki, Paşinyan Qarabağa binoklla baxdığı kimi qızınıza elə baxmayacaqsınız. Ürəyiniz istədiyi vaxt görə bilərsiniz. Bütün şəhid analarının əllərindən öpürəm. Allah sizləri bizə çox görməsin”.
Qeyd edək ki, A.Orucov müharibəyə könüllü olaraq gedib. Artıq onun qaçırtdığı qızla toy mərasimi də baş tutub.
Həmin toydan görüntüləri təqdim edirik: