Anasının Azərbaycana qaçırdığı iddia edilən uşağın atasının yalan danışdığı  ÜZƏ ÇIXDI  -VİDEO
10 fevral 2025 19:11 (UTC +04:00)

Anasının Azərbaycana qaçırdığı iddia edilən uşağın atasının yalan danışdığı ÜZƏ ÇIXDI -VİDEO

Övladını keçmiş həyat yoldaşının xaricə qaçırdığını iddia edən Erhan Akıncıya Gülzar Hasanovanın vəkili Murad Aydın cavab verib. 

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, vəkil bu barədə danışıb.:

Bir müddət Bornovada yerləşən özəl bir tibb müəssisəsində həkim kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Gülzar Hasanova və Erhan Akıncı 2020-ci ildə ailə qurublar. Bu evlilikdən övladları dünyaya gəlib. Cütlük 2022-ci ildə boşanma qərarı alıb və məhkəmə uşağın qəyyumluğunu anaya verib. Boşanma qərarından sonra Gülzar Hasanova övladı ilə birlikdə Azərbaycana gedib.

Atası Erhan Akıncı isə keçmiş həyat yoldaşının 4 yaşlı qızını Azərbaycana qaçırdığı iddiası ilə prokurorluğa şikayət edib. Vəkil Murad Aydın atanın iddialarını rədd edərək bildirib:

"Məhkəmənin ona verdiyi qəyyumluq hüququ daxilində övladını aparıb. Hər hansı bir qaçırma halı yoxdur. Atanın uşaqla ünsiyyət qurmasına və məhkəmə qərarı əsasında görüşməsinə mane olan heç bir vəziyyət yoxdur."

Murad Aydın qeyd edib ki, Azərbaycan qanunlarına əsasən, ata övladı ilə görüşmək üçün qanuni prosedurları həyata keçirə bilər.

"Gülzar xanımın övladı ilə atasının görüşməsinə mane olmaq kimi bir niyyəti yoxdur", – vəkil vurğulayıb.

Onlar rəsmi şəkildə boşanıb. Murad Aydın əlavə edib ki, müvəkkili Gülzar Hasanova və keçmiş həyat yoldaşı Erhan Akıncı evlilikləri boyunca müəyyən problemlər yaşayıblar.

"Bu məsələlərin detallarına girməyin mənası yoxdur, lakin ümumi olaraq deyə bilərəm ki, Gülzar xanım evlilik müddətində həm psixoloji, həm də fiziki zorakılığa məruz qalıb. Keçmiş həyat yoldaşı özünü həkim kimi təqdim etsə də, evləndikdən sonra Gülzar xanım onun əslində həkim olmadığını öyrənib. Bəzi xəbərlərdə isə Erhan bəy özünü mühəndis və ya proqramçı kimi təqdim edir, lakin bildiyimizə görə, onun belə bir peşəsi də yoxdur".

Murad Aydın bildirib ki, cütlük razılığa gələrək boşanıb və məhkəmə qəyyumluğu anaya verib. O, uşağını qanuni yollarla aparıb.

Murad Aydın iddialara cavab olaraq bildirib ki, Gülzar Hasanova övladını qanuni yollarla və pasportla xaricə aparıb və bunun qaçırma ilə heç bir əlaqəsi yoxdur.

"Gülzar xanımın atası ilə uşağın görüşməsinə mane olmaq kimi bir vəziyyəti yoxdur. Onun yeganə qayğısı təhlükəsizlik məsələsidir. Türkiyədə özünü və uşağını güvəndə hiss etmədiyi üçün Azərbaycan vətəndaşı olduğu ölkəyə, ailəsinin yanına köçmək qərarı alıb. O, Azərbaycanda həkimlik fəaliyyətini davam etdirir. Buna görə də qızını qaçırmaq və ya saxta sənədlərlə aparmaq kimi bir vəziyyət mümkün deyil. O, tamamilə qanuni yollarla, pasportla xaricə çıxıb və hazırda övladı ilə birlikdə Azərbaycanda yaşayır".

Bununla yanaşı, vəkil bildirib ki, müvəkkili və övladı medianın bu məsələni yanlış şəkildə təqdim etməsindən narahatdır:

"Müvəkkilim və övladı yayılan xəbərlərdən çox narahat olublar. Çünki sanki onlar haqsızlıq ediblərmiş, bir cinayət törədiblərmiş kimi təqdim olunurlar. Əslində isə onlar bu məsələdə haqsızlığa məruz qalıblar. Əksinə, Gülzar xanım evlilik müddətində çətinliklər yaşayıb və indi də haksız yerə ittiham olunmaqdan narahatdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158

Oxşar yazılar