Bakıda doğulan müğənni  Əbu-Dabidəki istirahətinə 17 min dollar  xərclədi
18 yanvar 2026 16:41 (UTC +04:00)

Bakıda doğulan müğənni Əbu-Dabidəki istirahətinə 17 min dollar xərclədi

0

Müğənni Larisa Dolina Əbu-Dabidəki lüks oteldə qalmaq üçün 1,4 milyon rubl (17 min dollardan çox) ödəyib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, söhbət Dolinanın qızı və nəvəsi ilə iki həftə keçirdiyi Rixos Premium Saadiyat Island otelindən gedir. 

Bildirildiyinə görə, sənətçi Ultra All-Inclusive xidmətləri olan premium nömrədə qalıb. Onun yeddi restoran, bar, spa, hovuz və fitness mərkəzinə çıxışı olub.

Лариса Долина потратила 1,4 млн рублей на отдых в ОАЭ

Qeyd edilir ki, Dolina vaxtının çox hissəsini otağında keçirib. Gündüzlər o, dənizə girmək imkanı olub. Şahidlərin sözlərinə görə, Dolina məcburi qovulması xəbəri yayılanda qəlyan çəkərək gülüb. Oteldəki qonşuları müğənninin ünsiyyətcil və mehriban olduğunu bildiriblər.

Larisa Dolina Xamovnikidəki mənzilini Polina Luryeyə 112 milyon rubla satdıqdan sonra böyük bir qalmaqalın mərkəzində qalıb. Sənətçi fırıldaqçılığın qurbanı olduğunu iddia edib və məhkəməyə müraciət edib. Məhkəmə Dolinanın tərəfini tutub və alıcıdan ödəniş tələb etmədən mənzili ona qaytarıb, nəticədə həm mənzil, həm də pul qalmayıb. Lurye Ali Məhkəməyə şikayət edib və məhkəmə qərarları dəyişdirilib və mənzil onun ixtiyarında qaldıb. 

Qeyd edək ki, Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakı şəhərində yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası isə Qalina İzrailevna Kudelmandır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar