Açıq havadakı restoranlarla bağlı ÇAŞQINLIQ
01 sentyabr 2021 15:59 (UTC +04:00)

Açıq havadakı restoranlarla bağlı ÇAŞQINLIQ

Məlum olduğu kimi, sentyabrın 1-dən COVID-19 pasportu olmayan şəxslər ictimai-iaşə müəssisələrinə, o cümlədən restoran və kafelərə buraxılmır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Nazirlər Kabinetinin bu qərarı açıq havada fəaliyyət göstərən kafe və restoranlara aid deyil. Ancaq sosial şəbəkələrdə yayılan məlumatlara görə, adıçəkilən məkanlara daxil olmaq üçün COVID-19 pasportu tələb edilir.

Lent.az bu məsələ ilə bağlı bir neçə kafe və restoranla əlaqə saxlayıb. 

Əməkdaşlar bildiriblər ki, açıq havada oturmaq istəyən vətəndaşlardan peyvəndin birinci dozası ilə bağlı məlumat, qapalı məkanda oturmaq istəyənlərdən isə peyvəndin hər iki dozası tələb edilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2021-ci il mayın 26-dakı 151 saylı qərarına əsasən, yaşı 18-dən yuxarı olan şəxslər sentyabrın 1-dən etibarən ictimai iaşə müəssisələri, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər. 

# 2328
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar