Abşeronda 3 müdir və 7 direktor işdən azad edilib? - RƏSMİ CAVAB
08 sentyabr 2021 15:02 (UTC +04:00)

Abşeronda 3 müdir və 7 direktor işdən azad edilib? - RƏSMİ CAVAB

Təhsil eksperti Elşən Qafarov Təhsil Nazirliyinin Abşeron Rayon Təhsil Şöbəsində yoxlamalar apardığını iddia edib.

Lent.az məlumat verir ki, E.Qafarov bu barədə bildirib ki, yoxlamalar aylardır davam edir:

"Yoxlamaların ilkin nəticələri artıq məlumdur. 20-yə yaxın rəhbər vəzifəli şəxs işdən azad edilib. Sözügedən şəxslər Abşeron Rayon Təhsil Şöbəsinin müdiri, metodkabinet müdiri, İnsan Resursları Şöbəsinin müdiri, 7 məktəb direktoru, 6 metodist olub".

Mövzu ilə bağlı saytımıza açıqlama verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sözügedən məsələ ilə bağlı məlumatlı deyil:

"Bu cür xəbərləri adətən Təhsil Nazirliyinin özü yayır. Belə bir məlumat olacaqsa, ictimaiyyətə məlumat veriləcək".

# 8346
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar