“Ağdamda yaşananlar çox üzücüdür”.
APA-nın məlumata görə, bunu ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyətinin tərkibində Ağdama səfəri zamanı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.
Onun sözlərinə görə, bu, təcavüzü göstərir: “Bir məsələ yaxşıdır ki, artıq bu ərazilər işğaldan azad olunub. Azərbaycanın bu ərazilərdə suverenliyi bərpa edilib”.
Keçmiş səfir bildirib ki, bu ərazilərin bərpası, yaşayışın təmin olunması uzun zaman çəkəcək: “Biz çox maraqlıyıq ki, Azərbaycanla Ermənistan arasında sülh bərqərar olsun. Bu, çox əhəmiyyətlidir”.