ABŞ-da 88 illik sikkə rekord qiymətə satılıb
10 iyun 2021 04:12 (UTC +04:00)

ABŞ-da 88 illik sikkə rekord qiymətə satılıb

ABŞ-da Nyu-Yorkdakı "Sotheby's" hərracında "Double Eagle" (cüt qartal) qızıl sikkəsi açıqlanmayan bir şəxsə rekord qiymətə - 18.9 milyon dollara satılıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir tərəfində Azadlıq heykəli, digər tərəfində uçan qartal olan sikkə 1933-cü ildə zərb olunduqdan sonra heç vaxt dövriyyəyə buraxılmayıb.

Amerikalı rəsmilər ABŞ-ın o zamankı prezidenti Franklin Ruzveltin göstərişi ilə qızıl standart sistemindən imtina edərək "Cüt qartal" sikkələrinin demək olar ki hamısını məhv ediblər.

Qalan sikkələrdən ikisi muzeyə göndərilib.

Rekord qiymətə satılan sikkə bir müddət üçün Misir Kralı Farukda qalıb.

Daha sonra Nyu-Yorkdakı kəşfiyyat əməliyyatında ələ keçirilib.

# 1194
avatar

Oxşar yazılar