Dövlət İmtahan Mərkəzi tərəfindən yaxın vaxtlarda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə qəbulu və imtahanlara start veriləcək. Bununla əlaqədar abituriyentlərə sənədlərini qaydaya salmağı tövsiyə edirlir.
Mərkəzdən Lent.az-a verilən məlumata görə, bu günədək keçirilən buraxılış imtahanlarında iştirakçılar arasında xeyli müddət əvvəl şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş şagirdlər olub.
2021-ci il yanvar ayının 1-dək şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitmiş abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu və imtahanlarda iştirak etmək üçün müvafiq qurumlara müraciət edərək öz sənədlərini yeniləməlidirlər.