Vitse-spikerdən koronavirusla bağlı kişilərə MƏSLƏHƏT
17 mart 2020 12:58 (UTC +04:00)

Vitse-spikerdən koronavirusla bağlı kişilərə MƏSLƏHƏT

“1720-ci ildə taun, 1820-ci ildə vəba, bu günlərdə - 2020-ci ildə koronavirus xəstəliyi dünyada geniş yayılıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında  vitse-spiker Adil Əliyev deyib.

A. Əliyev bildirib ki, bu gün baş nazirin yerli icra hakimiyyəti orqanlara göndərdiyi məktubu əsas götürərək, tövsiyələrə əməl edilməlidir: “İclasların, toplantıların yalnız telefon, mobil elektron vasitə ilə keçirilməsinə üstünlük verilməlidir. Bizim deputatlıqla bağlı toxunulmazlığımız olsa da, koronavirusla bağlı bu səlahiyyət bizə verilməyib. Məqsədimiz insanlarla təmasdan yayınmaqdır. Azərbaycanda kişilərin öpüşmək məsələsinin qarşısını almaq üçün böyük təbliğata ehtiyac var. Məsələni çox uzatmadan qanun layihələrini səsə qoyaq və qanunları pozmayaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1471
avatar

Oxşar yazılar