Bakının bir sıra yollarında təmir işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması məqsədi ilə Moskva prospektinin köməkçi yolunda (Şamaxı yolu adlanan ərazi), Bakı Dairəvi-1 avtomobil yolu və Sumqayıt yolu (Masazır dairəsi istiqamətində), həmçinin 28 may küçəsində üfüqi nişanlanma xətlərinin çəkilişi və qeyd olunan yolların bızi hissələrində əyrixətli dəmir tirlərin təmiri işləri aparılacaq. Təmir işləri bu gün axşam saatlarınadək davam edəcək.
Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.