Qarabağ müharibəsi əlillərinə mənzillər veriləcək
20 may 2020 18:14 (UTC +04:00)

Qarabağ müharibəsi əlillərinə mənzillər veriləcək

Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələrinə və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə bu il azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, yaxın günlərdə həmin kateqoriyalardan olan vətəndaşların 2020-ci il üzrə mənzillə təminatına başlanacaq. Onların bir hissəsinə yeni yaşayış binalarından alınan mənzillər veriləcək.

Ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin 2020-ci il üzrə avtomobillə təminatına da yaxın günlərdə başlanacaq.

Mənzillə və avtomobillə təminat tədbirləri il ərzində davam edəcək.

Xatırladaq ki, indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600 mənzil və fərdi ev, müharibə əlillərinə 6750  avtomobil verilib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2203
avatar

Aygün İbrahimli

Oxşar yazılar