Paytaxtda 5 marşrutda nöqsanlar aşkarlandı - RƏSMİ
05 dekabr 2019 12:01 (UTC +04:00)

Paytaxtda 5 marşrutda nöqsanlar aşkarlandı - RƏSMİ

Bakı Nəqliyyat Agentliyi (BNA) 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətlərini müsabiqəyə çıxarıb.

Bu barədə Lent.az-a BNA-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır. Müsabiqənin şərtləri və qaydaları barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 855
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar