İkinci Dünya müharibəsindən sonra ən böyük təhdid - KORONAVİRUS
25 iyun 2020 17:22 (UTC +04:00)

İkinci Dünya müharibəsindən sonra ən böyük təhdid - KORONAVİRUS

Hazırda koronavirus pandemiyası İkinci Dünya müharibəsindən sonra üzləşdiyimiz ən böyük təhdiddir”.

 APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi deyib ki, pandemiya insanların sağlamlığına və iqtisadi fəaliyyətinə mənfi təsir göstərir: “Hazırda bu virus hansısa bölgələri, ölkələri hədəfə almır, bütün sərhədləri aşır, yaşlılara, gənclərə yoluxur. Məhz buna görə də BMT Baş Katibi hər birimizi qlobal səviyyədə həmrəyliyə, əməkdaşlığa çağırıb”.

Q. İshaqzai qeyd edib ki, hökumətlər yalnız öz gücü ilə bu xəstəliyə qalib gələ bilməyəcək: “Bu işdə cəmiyyətin hər bir üzvünün məsuliyyəti var. Hər birimiz əl-ələ verərək bu pandemiyaya qalib gəlməliyik. Tibbi maska taxmaqla, sosial məsafəni gözləməklə, şəxsi gigiyenaya diqqət yetirməklə, sosial hərəkətliliyi azaltmaqla bu mübarizəyə töhfə verə bilərik”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi nəzərə çatdırıb ki, dünyada, o cümlədən Azərbaycanda bəzi insanlarda müəyyən yorğunluq var, normal həyata qayıtmaq istəyirlər: “Amma biz bilməliyik ki, virusa qalib gəlməsək, iqtisadiyyatı bərpa edə bilməyəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2413
avatar

Oxşar yazılar