Dünyada bu gün
12 may 2020 09:01 (UTC +04:00)

Dünyada bu gün

SƏİD RÜSTƏMOV

(1907-1983)

 

1. Azərbaycanın xalq artisti, bəstəkar, dirijor, pedaqoq Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvanda anadan olub. Müəllimlər Seminariyasında, musiqi məktəbinin xalq çalğı alətləri şöbəsində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Müxtəlif illərdə müəllim, respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifələrində çalışıb. O ,musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olub, eyni zamanda "Tar məktəbi" ilk dərs vəsaitini yazıb. Bir sıra populyar və sevilən mahnıların, “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” kimi müasir mövzuda yazılmış ilk musiqili komediyaların müəllifidir, 20-yə yaxın tamaşaya musiqi yazıb. SSRİ Dövlət Mükafatı, bir sıra orden və medallarla təltif olunan Səid Rüstəmov 1983-cü il iyunun 10-da vəfat edib və Fəxri Xiyabandadəfn olunub. Azərbaycan Televiziyasının Xalq Çalğı Alətləri Orkestri onun adını daşıyır.

 

VALİD SƏNANİ

(1935-2011)

 

2. Əməkdar jurnalist, Azərbaycanın ilk futbol şərhçisi Valid Sənani 1935-ci il mayın bu günü İçərişəhərdə məşhur aktyor Möhsün Sənaninin ailəsində anadan olub. 1952-ci ildə 7 saylı orta məktəbi bitirib vəAzərbaycan Dövlət Universitetinin geologiya fakültəsinə daxil olub.1955-ci ildə Azərbaycan radiosunda diktor işləməyə başlayıb. 1958-ci ildən1967-ci ilədək radionun “Xəbərlər” baş redaksiyasında redaktor, böyük redaktor, baş redaktorun müavini,1967-1991-ci illərdə baş redaktor, proqram baş redaksiyasının direktoru vəzifələrində işləyib. 1998-2001-ci illərdə AzTV-nin “Səhər” redaksiyasında redaktor, 2001-2005-ci illərdə “Lider” televiziyasında dublyaj redaktoru,2005-ci ilin may ayından ömrünün sonunadək “Space” televiziyasında redaktor işləyib.Valid Sənani 23 yanvar 2011-ci ildə Bakıda vəfat edib.

 

 

AYAZ MÜTƏLLİBOV

(1938)

 

3. Sovet Azərbaycanının sonuncu - 14-cü rəhbəri, müstəqil Azərbaycanın1-ci prezidenti Ayaz Niyazi oğlu Mütəllibov12 may1938-ci ildəBakıda anadan olub. 1962-ci ildəAzərbaycan Neft-Kimya İnstitutunubitirib. 1959-cu ildə Bakı Soyuducular Zavodunda işə düzəlib və 19 il burada çalışıb, 26 yaşında bu zavodun direktoru olub. "Bakelektromaş" istehsalat birliyinin müdiri, Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi, yerli sənaye naziri, Dövlət Plan Komitəsinin sədri, Nazirlər Sovetinin sədr müavini və sədri, Azərbaycan SSRKP MK-nın birinci katibi vəzifələrində çalışıb. O, 1990-cı il mayın 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən, 1991-ci il sentyabrın 8-də isə ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci ildə Xocalı soyqırımından sonra müxalifət tərəfindən martın 6-da istefa verməyə məcbur edilib. Mayın 14-də vəzifəsinə qayıtmaq cəhdi uğursuz alınan Ayaz Mütəllibov uzun illər Moskvada yaşayıb. 2012-ci ildə siyasətdən getdiyini bəyan edən sabiq prezident 2014-cü ildə Azərbaycana qayıdıb.

 

 

AZƏR MİRZƏYEV

(1952-2014)

 

4. Azərbaycanın əməkdar artisti, teatr və kino aktyoru Azər Əlibala oğlu Mirzəyev 1952-ci il mayın 12-dəZərdab rayonundamüəllim ailəsində doğulub. Atasının işi ilə əlaqədar olaraq ailəsi iləSabirabad rayonuna köçüb və orta məktəbi burada başa vurub. 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasında, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1974-cü ildə ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilib və bu teatrın səhnəsində unudulmaz obrazlar yaradıb. “Qeybdən gələn səs”, “Böyük ömrün davamı”, “Sübhün səfiri” və başqa filmlərdə rol alıb. Azər Mirzəyev 19 iyul2014-cü ildəBakıda vəfat edib vəSabirabad rayonundadəfn edilib.

 

 

NOVRUZ NOVRUZLU

(1960-2018)

 

5. Müğənni, aktyor Novruz Novruzlu12may1960-cı ildəOrdubadda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsində təhsil alıb. İnstitutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. "Ulduz" tamaşasında Zəfər, "Arşın mal alan"da Əsgər, "O olmasın, bu olsun" tamaşasında Sərvər rollarını ifa edib, “Qüdsi” filmində çıxış edib. Bir müddət "Şərq ansamblı"nda solist kimi fəaliyyət göstərib, Akademik Opera və Balet Teatrının solisti, "Savalan" qrupunun yaradıcısı və bədii rəhbəri olub. Novruz Novruzlu 20 noyabr2018-ci ildə dünyasını dəyişib və Xırdalan qəbiristanlığında dəfn olunub.

 

 

SARA QƏDİMOVA

(1922-2005)

 

6. Azərbaycanın xalq artisti, xanəndə Sara Bəbiş qızı Qədimovanın anım günüdür. O, 1922-ci il mayın 31-dəBakıdaanadan olub. Əmək fəaliyyətinə1941-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayıb. Nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində dahi Üzeyir Hacıbəyovun və Səməd Vurğunun yaratdığı və müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu "Şəfqət bacısı" mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib. Sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub.1957-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edib, adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah", "Qarabağ şikəstəsi" muğamları dillər əzbəridir. "Şərəf Nişanı" və "Şöhrət" ordenləri ilə təltif edilən Sara Qədimova 2005-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. O, müğənniAkif İslamzadəninanası, xanəndə Hacıbaba Hüseynovunbaldızıdır.

 

 

VAQİF İBRAHİMOĞLU

(1949-2011)

7. Azərbaycanın əməkdar incəsənət xadimi, teatr rejissoru Vaqif İbrahimoğlunun xatirə günüdür. O,1949-cu il oktyabrın 18-də Mərdəkanda dünyaya gəlib. 1967-ci ildəAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında çalışıb. Sonralar Tədris Teatrında bədii rəhbər və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor kimi vəzifələrdə işləyib. 1989-cuildə YUĞ Teatrını yaradıb və ömrünün sonunadək oranın bədii rəhbəri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dosenti olub. «Qızıl Dərviş» mükafatı və Prezident mükafatına layiq görülən Vaqif İbrahimoğlu 2011-ci ilin mayındadünyasını dəyişib.

 

 

ELDAR HƏSƏNOV

(1965-1994)

 

8. Azərbaycanın Milli QəhrəmanıEldar İsfəndiyar oğlu Həsənovun anım günüdür. O, 26 dekabr 1965-ci ildə Cəlilabad rayonunda anadan olub. 1983-cü ildə kənd orta məktəbini bitirib. 1984-1986-cı illərdə hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra Cəlilabad rayonunda sürücü işləyib. 1990-cı ildə Xüsusi Təyinatlı Milis Dəstəsinə yazılıb və torpaqlarımızın müdafiəsində misilsiz şücaətlər göstərib. 1994-cü ilin yanvar ayında Füzuli cəbhəsində düşmənin bir neçə zirehli texnikasını, onlarla canlı qüvvəsini məhv edib. Eldar Həsənov 1994-cü il mayın 12-də Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə həlak olub və Cəlilabad rayonunun Lallar kəndində dəfn edilib.

 

 

RAHİL ƏRƏBLİ

(1996-2016)

 

9. Şəhid Rahil Rafiq oğlu Ərəblinin xatirə günüdür. O,1996-cı ildəŞirvan şəhərininHacı Qəhrəmanlı kəndindəanadan olub. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 2016-cı il mayın 12-dəAzərbaycan-Ermənistantəmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub və Şirvan şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Əsgər Rahil Ərəbli ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalıilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377
avatar

Oxşar yazılar