Dövlət Sərhəd Xidməti "Qaynar xətt" nömrəsini təqdim edib.
Qurumun mətbuat mərkəzindən Lent.az-a daxil olan xəbərə görə, qaynar xətt dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti ilə bağlı vətəndaşların müraciət və sorğularının operativ şəkildə cavablandırılması üçün nəzərdə tutulub. Bununla əlaqədar DSX-nin Sərhəd Nəzarətində 16-58 qısa nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.
Sabit telefon şəbəkəsinin abunəçiləri üçün yığım qaydası, Bakı şəhəri üzrə - 16-58, bölgələr üzrə - 012-16-58, mobil telefon şəbəkələrinin abunəçiləri üçün- 16-58 təyin edilib.