Bu küçədə hərəkət məhdudlaşdırılır - DİQQƏT
05 dekabr 2019 18:11 (UTC +04:00)

Bu küçədə hərəkət məhdudlaşdırılır - DİQQƏT

Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsinin Badamdar şossesi ilə Oksford məktəbi arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti dekabrın 5-dən 6-na keçən gecədən etibarən qısa müddətə məhdudlaşdırılacaq.

Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Bu üzdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

# 1757
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar