Bakıda dini ibadət yerləri dezinfeksiya edilib
28 fevral 2020 09:58 (UTC +04:00)

Bakıda dini ibadət yerləri dezinfeksiya edilib

Bakıda hər hansı virusun, eləcə də koronavirusun yayılmasının qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər çərçivəsində indiyədək 102 məktəb, 51 məscid və 25 bağça binası dezinfeksiya edilib.

Bu barədə Bakı Şəhər Dezinfeksiya Stansiyasından məlumat verilib.

Stansiyadan bildirilib ki, bununla yanaşı, Bakıda 2 sinaqoq, 1 kilsə, Heydər Əliyev Sarayı, Azərbaycan Tibb Universitetininin yataqxanaları, Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Dövlət Sirkinin binaları dezinfeksiya edilib. Hazırda dezinfeksiya tədbirləri davam etdirilir.

Stansiyadan qeyd edilib ki, profilaktik tədbirlər mütəmadi olaraq həyata keçirilir. Məktəblərdə dezinfeksiya tədbirləri tədrisin təşkil edilmədiyi saatlarda icra edilir.

(Trend)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 524
avatar

Oxşar yazılar