Azərbaycanın bu rayonlarına güclü qar yağıb  – FAKTİKİ HAVA
17 mart 2020 16:17 (UTC +04:00)

Azərbaycanın bu rayonlarına güclü qar yağıb – FAKTİKİ HAVA

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata əsasən martın 17-si gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb. Yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

Düşən yağıntının miqdarı Bakıda 0.4, Sumqayıtda 0.3, Zabrat, Maştağada  0.1, Astara, Lənkəranda 9, Yardımlıda 4, Biləsuvar, Lerikdə 1, Balakəndə 34, Zaqatalada 31, Sarıbaşda (Qax) 26, Şəkidə 21, Qəbələdə 19, Oğuzda 16, Kişçayda (Şəki) 13, Şamaxıda 8, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Xınalıqda 2, Xaçmaz, Şahdağda 1, Mingəçevirdə 12, Göyçayda 8, Kürdəmirdə 7, Bərdədə 6, Yevlaxda 4, Zərdab, Beyləqanda 3, Sabirabadda 2, Ceyrançöl, Cəfərxan, Ağsu, Qazıməmməddə 1, Ağdam, Gəncə, Tərtər, Naftalanda 6, Şəmkirdə 3, Tovuzda 2, Göygöldə 14, Daşkəsən, Gədəbəydə 12, Sədərəkdə 5, Naxçıvanda 4, Şahbuz, Ağdərədə 3, Şərur, Ordubadda 1 mm olub.

Sumqayıt, Göygöl, Naftalan, Qrız, Tərtər, Bərdə, Qəbələ, Göyçay, Lerikdə duman  müşahidə olunub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 15, Daşkəsəndə 14, Şahdağda 9, Xınalıqda 6, Göygöldə 3, Gədəbəydə 2, Altıağac, Xaltan, Kişçayda (Şəki) 1 sm-ə çatıb.

Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Maştağa və Naftalanda 30 m/s, Bakıda 29 m/s, Neftçalada 26 m/s, Salyanda 25 m/s, Pirallahı və Sumqayıtda 24 m/s, Tərtər, Ələt, Gəncə və Tovuzda 18 m/s, Xaçmazda 16 m/s, Ağstafa və Zabratda 20 m/s, Çilov adası və Neft Daşlarında 25 m/s-dək güclənib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2259
avatar

Aygün İbrahimli

Oxşar yazılar