Səkinə Həsənova
03 iyun 2021 16:03 (UTC +04:00)

Səkinə Həsənova

87 yaşlı qadını tövlədə zəncirləyənlə bağlı YENİ XƏBƏR

Gədəbəyin İvanovka kəndində yaşayan 87 yaşlı Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə məlumatı vermişdik.

Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları Səkinə Həsənovanın əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra aidiyyəti qurumlara məlumat verib:

"Səkinə Həsənova Göygöl rayonunda yerləşən 3 saylı psixo-nevroloji mərkəzə yerləşdirilib.

Daha sonra qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci (Qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir".

# 5199
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar