Xəbərə video əlavə olunub
***
saat 09:54
“Lənkəranın istirahət mərkəzlərinin birində mayın 5-də 14 yaşlı qızı 38 yaşında kişi ilə nişanlayıblar”.
Bu barədə Lent.az-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:
“Qızın nişanlandığı Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur. Qızın atası vəfat etdiyi üçün o anası ilə birgə babasının evində yaşayır. Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq”.
K.Ağazadə qeyd edib ki, nişan mərasiminin olması faktını həm məktəb direktoru, həm də Bədəlan kənd ərazi nümayəndəsi təkzib edir:
“Ancaq mən bununla bağlı bir çox şəxslərlə, kənd sakinləri ilə əlaqə saxlamışam. Nişan olub, amma hamı susur. Şəkil isə sizi aldatmasın, nişanlanan qız ucaboyludur”.