44861 nəfər TƏLƏBƏ  adını qazandı
04 sentyabr 2021 09:44 (UTC +04:00)

44861 nəfər TƏLƏBƏ adını qazandı


Dövlət İmtahan Mərkəzi 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

# 1530
avatar

Oxşar yazılar