30 sm qar yağdı - FAKTİKİ HAVA
23 mart 2024 11:10 (UTC +04:00)

30 sm qar yağdı - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, martın 23-ü saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 30 sm, Qrızda 6 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 13 mm, Zaqatalada 10 mm, Balakəndə 9 mm, Zərdabda 7 mm, Göyçay, Şəkidə 6 mm, Yevlax, Tovuz, İmişli, Mingəçevir, Sədərək, Kürdəmir, Göygöl, Daşkəsən, Sabirabad, Lənkəran, Astara, Oğuz, Qəbələ, Gəncə, Gədəbəy, Şahdağ, Biləsuvar, Yardımlı, Göytəpə, Qobustan, Qusar, Xaltan, Bərdə, Tərtər, Şəmkir, Ağstafa, İsmayıllı, Şamaxı, Ceyrançöl, Ağdam, Naxçıvan, Şərur, Ordubadda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Ağdam, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Qəbələ, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Sabirabad, Biləsuvar, Tərtər, Göyçay, Cəfərxan, Lerik, Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 1-5, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda isə 0-5 dərəcə şaxta olub.

# 3189
avatar

Oxşar yazılar

APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14
Sabah 33 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

28 may 2024 , 12:54
Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

28 may 2024 , 11:23
"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

27 may 2024 , 21:22
3 məktəbin direktoru  İŞDƏN ÇIXARILDI

3 məktəbin direktoru İŞDƏN ÇIXARILDI

27 may 2024 , 18:57