30 min manata satılan Qarabağ atını kim alıb? - REPORTAJ
16 aprel 2022 15:28 (UTC +04:00)

30 min manata satılan Qarabağ atını kim alıb? - REPORTAJ

Qarabağ dedikdə ağıllara ilk olaraq Xarı Bülbül simvol kimi gəlsədə, dünyanın bir çox ölkəsində bu adı o diyarın atların ilə tanıyırlar.

Qarabağ atı qədim Azərbaycan atlarının bir cinsidir. Hələ məxəzlərdə Ərəb atı haqqında heç bir məlumat olmadığı qədim dövrdə Azərbaycan atları, o cümlədən də Qarabağ atı tanınmış, şöhrət qazanmış və bir çox Şərq ölkələrində geniş yayılaraq, ən qiymətli atlardan sayılmışdır.

İngiltərə kraliçası II Elizabetə hədiyyə olunan Qarabağ atı da kraliçanın ən çox bəyəndiyi at cinslərindən biridir.

Ölkə başçısı Prezident İlham Əliyev də qardaş ölkə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana məhz bu atlarından birini hədiyyə etməklə, Qarabağ atlarının dünyanın ən yaxşı at cinsi olduğunu dünyaya bir daha xatırlatdı.

Lent.az APATV-yə istinadən xəbər verir ki, bu gün ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağın cins atları hərrac yolu ilə satışa çıxarıldı.

Hərrac iştirakçılarına 3 Qarabağ atı - Sahil, Zilaxar və Sultan təklif edildi.

Onlara müvafiq olaraq 5, 7 və 30 min manat simvolik hərrac qiyməti qoyuldu.

Atlardan ilk olaraq Sahil nümayiş olundu. Onun alıcısı Tərtər rayonundan olan fermer Habil İbrahimov bu at üçün 5500 manatından keçərək, Qarabağ atına sahib olmağın sevincini yaşadı.

Bugünki hərracda 7 min manata satışa çıxarılmış Zilaxar atı da satılıb. Sürəti 55-57 km/saat olan bu ata 7 500 manat verən, at həvəskarı Orxan Qardaşxanov olub. O, 5 ilə yaxındır ki, ata maraq göstərdiyini, hərraca məxsusi olaraq Zilaxar atı üçün gəldiyini deyib.

Ən Bahalı at olan “Sultan”a gəlincə isə…

” Bu gün Azərbaycanda ilk dəfə olaraq Qarabağ atları hərraca çıxarıldı. Hərracda 2 at satılsa da, “Sultan”ın alıcısı olmadı. Qeyd edək ki, onun satış qiyməti 30 min manta idi. Bu at satılmadığı üçün cıdır yarışlarında iştirak edəcək”.

Kənd Təsərrüfati Nazirliyinin mətbuat katibi Vüqar Hüseynovun sözlərinə görə, Hərracın baş tutduğu Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin fəaliyyətinin məqsədi cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığını təmin etməkdir.

Yaxın 2-3 ay ərzində Ağdam rayonunun Eyvazxanlı kəndində Qarabağ Atçılıq Zavodunun tikintisinə başlanacaq. Artıq tikinti ilə bağlı hazırlıq işləri görülür. Zavod fəaliyyətə başlayandan sonra burada cins atlar yetişdiriləcək. Azərbaycanda Qarabağ atlarının satışı ilə bağlı hərraclar mütəmadi keçiriləcək və gələcəkdə Dilboz atları da satışa çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4893
avatar

Oxşar yazılar