28 May metrosu və Dəmiryol vağzalı qarşısında  maşınların hərəkəti   məhdudlaşdırıldı -  VİDEO
12 mart 2024 18:02 (UTC +04:00)

28 May metrosu və Dəmiryol vağzalı qarşısında maşınların hərəkəti məhdudlaşdırıldı - VİDEO

“28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, məqsəd sürücüləri cərimələmək yox, ərazini piyadaların hərəkəti üçün daha əlverişli zonaya çevirmək və təhlükəsizlik mühitini formalaşdırmaqdır.

Qərarın icrası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən birgə həyata keçirilir.

DİN 28 May metrosu və Dəmiryol Vağzalı qarşısında avtomobillərin hərəkətinin məhdudlaşdırması barədə məlumat yayıb - VİDEO

# 2673
avatar

Oxşar yazılar