Mənşəyi məlum olmayan 209 kiloqram heyvan əti aşkarlanıb.
Lent.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı Salyan rayonu ərazisində Biləsuvar rayon Bəydili kənd sakini Əzizli Seymur Teymur oğluna məxsus “Mercedes E220” 99-EN-804 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilib.
Baxış zamanı avtomobilin yük yerində baytarlıq baxışından keçməmiş və antisanitar şəraitdə daşınan, ümumi çəkisi 209 kiloqram iki baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkar olunub. Heyvan cəmdəklərindən nümunələr götürülərək, ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.