III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd edilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.
“1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq”, - məlumatda deyilir.